Gürcüstan Azərbaycandan neft və neft yağlarının idxalını 9 dəfədən çox artırıb
sizinxeber.az xəbər saytı

Gürcüstan Azərbaycandan neft və neft yağlarının idxalını 9 dəfədən çox artırıb


Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan 14,77 milyon ABŞ dolları dəyərində 22 min 395 ton neft və neft yağları idxal edib.

"Sizinxeber.az"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 8 dəfə, kəmiyyət olaraq 9,4 dəfə çoxdur.

2026-cı ilin ilk 2 ayında Gürcüstan xarici ölkələrdən 209 milyon ABŞ dolları dəyərində 293 min ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 3 % və 9,3 % çoxdur.

Hesabat dövründə Gürcüstana Rusiyadan 62,3 milyon ABŞ dolları dəyərində 101 min ton, Rumıniyadan 36,3 milyon ABŞ dolları dəyərində 51,22 min ton, Kiprdən 17,62 milyon ABŞ dolları dəyərində 24 min ton, Türkiyədən 16,6 milyon ABŞ dolları dəyərində 18 min ton, Yunanıstandan 16 milyon ABŞ dolları dəyərində 20,82 min ton neft və neft yağları gətirilib.

Xatırladaq ki, 2025-ci ildə Gürcüstan xaricdən 1,36 milyard ABŞ dolları dəyərində 1,81 milyon ton neft və neft yağları alıb ki, bunun da 118 milyon ABŞ dolları dəyərində 172 min tonu Azərbaycanın payına düşüb.

Oxşar xəbərlər

Gürcüstanın Azərbaycana avtomobil satışı 22 % azalıb, dəyəri isə 14 % artıb
Azərbaycan Gürcüstandan ötən il avtomobil idxalını 43 % azaldıb
Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin dəyəri 13 ilin maksimumuna çatıb
Azərbaycan Rusiyaya qeyri-neft-qaz ixracını 3 %-dən çox artırıb
Azərbaycan ilk dəfə İsveçdən qızıl almağa başlayıb 

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər