Azərbaycan Dağıstanla ticarət və investisiya əməkdaşlığını möhkəmləndirilməsini müzakirə edib
Azərbaycanın İqtisadiyyat Nazirliyində Rusiya Federasiyasının Dağıstan Respublikası ilə ticarət, investisiya, KOB, sənaye və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Bu barədə “Report” nazirliyə istinadən xəbər verir.
Müzakirələr iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin Dağıstan hökuməti sədrinin müavini Rizvan Qazimaqomedovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə baş tutub.
Görüşdə Rusiya Federasiyası, o cümlədən onun federal subyektləri ilə qarşılıqlı faydalı əlaqələr qeyd olunub, iqtisadi əməkdaşlığın perspektivləri vurğulanıb. Bildirilib ki, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, həmçinin işğaldan azad edilmiş ərazilərində böyük iqtisadi potensialı regional əməkdaşlığın, o cümlədən Rusiya Federasiyasının subyektləri ilə əlaqələrin genişlənməsinə yeni imkanlar açır. Dağıstanla coğrafi yaxınlıq isə əməkdaşlıq üçün daha əlverişli şərait yaradır.
Tərəflər, həmçinin biznes dairələri arasında əlaqələrin inkişafının iqtisadi potensialın reallaşdırılmasında önəmini qeyd ediblər.
Oxşar xəbərlər
Azərbaycan və İtaliya ticarət və sənaye sahələrində əməkdaşlığı genişləndirir
Azərbaycan Pakistanla investisiya əməkdaşlığını müzakirə edib
Tatarıstan şirkətləri Azərbaycana investisiya yatırmağa dəvət edilib
Litva şirkəti “Araz Vadisi İqtisadi Zonası”nda mebel klasteri yaratmaq istəyir
Baş nazir Əli Əsədov Serbiyanın mədəniyyət naziri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














