Tatarıstan şirkətləri Azərbaycana investisiya yatırmağa dəvət edilib
Azərbaycan Tatarıstan ilə ticarət əlaqələrinin daha da gücləndirilməsi, birgə istehsalın təşkili, kiçik və orta biznes sahəsində potensial imkanlar müzakirə olunub.
"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun Tatarıstan Respublikası Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə keçirdiyi görüşdə baş tutub.
Görüşdə bu sahələrdə hər iki tərəfdə işbirliyi üçün böyük potensialın olduğu vurğulanıb.
Azərbaycan iqtisadiyyatı, sənaye zonalarında yaradılmış əlverişli şərait, işğaldan azad edilmiş ərazilərdə sahibkarlara təqdim olunan güzəşt və dəstək mexanizmləri barədə məlumat verilib. Tatarıstan şirkətləri Azərbaycanın əlverişli investisiya mühitindən yararlanmağa dəvət olunub.
Tərəflər sənaye parklarında icra edilən layihələr və yeni əməkdaşlıq istiqamətləri barədə müzakirə aparıblar.
Oxşar xəbərlər
Azərbaycan Pakistanla investisiya əməkdaşlığını müzakirə edib
Çin şirkətləri Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyət göstərə bilərlər
Azərbaycan və Türkiyə arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib

