Litva şirkəti “Araz Vadisi İqtisadi Zonası”nda mebel klasteri yaratmaq istəyir
sizinxeber.az xəbər saytı

Litva şirkəti “Araz Vadisi İqtisadi Zonası”nda mebel klasteri yaratmaq istəyir


Azərbaycan və Litva arasında Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkında həyata keçirilən mebel klasteri layihəsi müzakirə olunub.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Mikayıl Cabbarovun Litvanın “Dominari” şirkətinin nümayəndələri ilə görüşündə aparılıb.

Şirkət təmsilçilərinə Azərbaycanın əlverişli biznes mühiti, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Litva ilə iqtisadi tərəfdaşlığın inkişafı, biznes subyektləri arasında qarşılıqlı faydalı əlaqələrin, o cümlədən investisiya əməkdaşlığının genişləndirilməsinin önəmi vurğulanıb.

Tərəflər həmçinin işğaldan azad olunmuş ərazilərin investisiya potensialı, şirkət tərəfindən Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” sənaye parkında həyata keçirilən mebel klasteri layihəsi barədə müzakirələr aparıblar.

Oxşar xəbərlər

Cəbrayıl rayonunda Litvanın “Dominari” şirkətinin mebel klasterinin təməli qoyulub - YENİLƏNİB
Cəbrayıl rayonunda Litvanın “Dominari” şirkətinin mebel klasterinin təməli qoyulub
“Araz Vadisi İqtisadi Zonası”nın rezidentlərinin sayı 12-yə çatıb
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında görülmüş işlər açıqlanıb
Cəbrayıl rayonunda “Karabakh Stone” MMC-nin zavodunun təməli qoyulub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər