Azərbaycan Pakistanla investisiya əməkdaşlığını müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan Pakistanla investisiya əməkdaşlığını müzakirə edib


Azərbaycan Pakistanla investisiya istiqamətində əməkdaşlığın inkişafı və müxtəlif sahələrə aid birgə layihələr üçün imkanları müzakirə edib.

“Sizinxeber.az” xəbər verir ki, bu müzakirələr iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin Bakıda səfərdə olan Pakistan İslam Respublikasının özəlləşdirmə, İnvestisiya Şurası və kommunikasiya üzrə federal naziri Abdul Alim Xanla keçirdiyi görüşdə baş tutub.

Görüşdə vurğulanıb ki, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Pakistan münasibətləri inkişaf edir. Bu kontekstdə iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial var. Pakistanla qarşılıqlı ticarət əməkdaşlığının möhkəmləndirilməsi mühüm xarakter daşıyır.

Bildirilib ki, ölkələr arasında imzalanmış Preferensial Ticarət Sazişi bu sahədə işbirliyinə töhfə verəcək.

Tərəflər gündəlikdə olan əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

Azərbaycan Pakistanla işgüzar dairələr arasında əlaqələrin möhkəmləndirilməsini müzakirə edib
Azərbaycan Pakistanla investisiya imkanlarını genişləndirməyi müzakirə edib
Azərbaycan və Pakistan işgüzar dairələri arasında əlaqələrin möhkəmləndirilməsini müzakirə edib
Azərbaycan və Pakistan biznes üçün erkən fəaliyyət planının hazırlanması barədə razılığa gəlib
Dekabrda Azərbaycan-Pakistan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər