Azərbaycan və İtaliya ticarət və sənaye sahələrində əməkdaşlığı genişləndirir
sizinxeber.az xəbər saytı

Azərbaycan və İtaliya ticarət və sənaye sahələrində əməkdaşlığı genişləndirir


Azərbaycan və İtaliya arasında ticarət, sənaye və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

“Sizinxeber.az” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun İtaliyanın şirkətlər və “Made in İtaly” naziri Adolfo Urso ilə videkonfrans formatında keçirilən görüşündə baş tutub.

Görüşdə İtaliya ilə dostluğa və strateji tərəfdaşlığa əsaslanan iqtisadi əməkdaşlığın inkişaf etdiyi vurğulanıb. İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğu qeyd edilib. Bir çox İtaliya şirkətlərinin ölkəmizdə sənaye, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrdə uğurla fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. İqtisadi əlaqələrin daha da gücləndirilməsi üçün geniş imkanların olduğu bildirilib.

Tərəflər ticarət, sənaye və digər sahələrdə əməkdaşlığın artırılması, biznes subyektlərinin işbirliyi və qarşılıqlı investisiya layihələri barədə fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

Baş nazir Əli Əsədov Serbiyanın mədəniyyət naziri ilə görüşüb
Azərbaycan İtaliya ilə birgə investisiya layihələrini müzakirə edib 
Azərbaycan Pakistanla işgüzar dairələr arasında əlaqələrin möhkəmləndirilməsini müzakirə edib
Azərbaycan və Gürcüstan birgə layihələrin perspektivlərini müzakirə ediblər
Tatarıstan şirkətləri Azərbaycana investisiya yatırmağa dəvət edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər