Vüqar Oruc: “Qiymətləndirmə fəaliyyətinin inkişafı istiqamətində zəruri addımlar atılacaq”
Azərbaycanda qiymətləndirmə fəaliyyətinin bundan sonra da inkişafı istiqamətində zəruri atılacaq addımlar var.
“Report” xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc cəmiyyətin VIII hesabat-seçki konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanda çox vaxt qiymətləndirici peşəsini bankda fəaliyyət göstərən işçilərin əlavəsi olaraq düşünürdülər: “Amma qiymətləndirici indi artıq mühüm, həlledici, arbitr mahiyyəti olan bir peşədir: “Bu gün istənilən yerdə alqı-satqı olduqda, müxtəlif təyinatlı proseslər, müxtəlif təyinatlı əqdlər imzalandıqda qiymətləndiricilərə ehtiyac var. Azərbaycan qanunverici orqanı müxtəlif qanunlar qəbul edib və həmin qanunlara dəyişikliklərlə qiymətləndiricilərin fəaliyyət istiqamətlərini artırıb".
Azərbaycan dövlətinin türk birliyi istiqamətində fəaliyyəti və siyasəti əsas prioritet elan etdiyini xatırladan V. Oruc cəmiyyət olaraq bu istiqamətdə mühüm addımlar atdıqlarını diqqətə çatdırıb: "2024-cü ilin mayında Azərbaycanda Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının 3-cü konfransı keçilib. Həmin konfransda rəhbərlik Azərbaycan qiymətləndiricilərinə həvalə olunub. Bu, mühüm bir uğurdur. Doğrudan da qiymətləndirmə fəaliyyətinin bundan sonra da inkişafı istiqamətində zəruri atılacaq addımlar var. Hesab edirəm ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti bu addımların atılmasında fəal olacaq".
Oxşar xəbərlər
Vüqar Oruc: “Vətəndaş qiymətləndirmədən narazı olsa, Palataya müraciət edə biləcək”
Azərbaycanda qiymətləndiricilərin ixtisas imtahanı keçirilib
Azərbaycanda Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının qeydiyyatına başlanılıb
Azərbaycanda qiymətləndiricilər üçün keçiriləcək ixtisas imtahanının vaxtı açıqlanıb
Qiymətləndiricilər Palatası: Bank əməkdaşının qiymətləndirmədə iştirakı qanunsuzdur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
