Sizinxeber.az » İqtisadiyyat » Biznes » "Azərxalça": Azərbaycanın müasir xalçaları ilk təqdimatdan satılır

"Azərxalça": Azərbaycanın müasir xalçaları ilk təqdimatdan satılır

"Azərxalça" ASC müasir rəssamlar və dizaynerlərlə birlikdə yeni kolleksiyalar yaradır və bu kolleksiyalar ilk təqdimatdan satılmağa başlanır.

"Report" xəbər verir ki, bunu "Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov Bakıda Beynəlxalq Xalça Festivalı çərçivəsində keçirilən "Xalçaçılıqda ənənələr və yeniliklər" adlı tədbir çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, dünyada musiqi və digər sənət sahələri inkişaf edir: “Eyni şəkildə, xalça sənəti də inkişaf etməlidir. Biz xalça sənətimizi yalnız muzeylərdə deyil, həm də müasir dövrə uyğun olaraq müasirləşdirməliyik. Əminik ki, gələcəkdə bu xalçalar muzeylərdə, sərgilərdə XXI əsrin antik xalçaları kimi satılacaq".

Xatırladaq ki, mayın 2-4-də Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” ASC-nin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə İçərişəhərdə Beynəlxalq Xalça Festivalı keçirilir. Mayın 3-4-də festival İçərişəhərin tarixi küçələrində davam edəcək. Qədim karvansaraylar və meydanlar xalça sərgiləri, ustad dərsləri, interaktiv teatr tamaşaları və musiqili tədbirlərə ev sahibliyi edəcək. Müxtəlif ölkələrdən gələn nümayəndələr öz xalçaçılıq ənənələrini təqdim edəcək, iştirakçı ölkələrin milli pavilyonları fəaliyyət göstərəcək.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !