Tural Hacılı: “AZPROMO üçün xalçaların ixracı prioritet sahələrdən biridir”
sizinxeber.az xəbər saytı

Tural Hacılı: “AZPROMO üçün xalçaların ixracı prioritet sahələrdən biridir”


Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) üçün xalçaların ixracı prioritet sahələrdən biridir.

"Sizinxeber.az" xəbər verir ki, bunu AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı Bakıda Beynəlxalq Xalça Festivalı çərçivəsində keçirilən "Xalçaçılıqda ənənələr və yeniliklər" adlı tədbirdə deyib.

O qeyd edib ki, Azərbaycan xalçalarının böyük ixrac potensialı var: “Azərbaycan xalçaları əsrlər boyu öz yüksək keyfiyyəti, unikal naxışları və zəngin tarixi ilə dünyada tanınıb. Bu sənət nümunələrinin estetik və mədəni dəyəri, həmçinin əl işlərinin nadirliyi, onların beynəlxalq bazarda böyük tələbat görməsinə səbəb olur".

T. Hacılı deyib ki, Azərbaycan xalçaçılıq sənətinin nümunələri Nyu-York, London və digər beynəlxalq mədəniyyət mərkəzlərində keçirilən sərgi və tədbirlərdə uğurla təqdim olunub: “Bu sərgilər ölkənin mədəni irsinin tanıdılması və xalçaların ixrac potensialının artırılması baxımından mühüm rol oynayır. Xalçaçılıq sənəti ölkənin sosial-iqtisadi həyatında önəmli rol oynayır. Xalçaçılıq qadınların işlə təmin olunmasında mühüm sahələrdən biridir".

Oxşar xəbərlər

Tural Hacılı: “Azərbaycan və Sloveniya üçüncü ölkələrə ixrac üçün birgə müəssisələr yarada bilər”
AZPROMO: İraqa məhsul ixracı üçün böyük potensial var
AZPROMO: TDT ölkələri ixracı və qarşılıqlı investisiyaları artırmalıdır
AZPROMO Latviyaya ixrac missiyası təşkil edəcək
AZPROMO: Türkiyəyə ixrac missiyası ləğv edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər