Sizinxeber.az » İqtisadiyyat » Biznes » Gürcüstan Milli Muzeyinin rəsmisi: “Borçalı xalçaları dünya bazarında böyük maraqla qarşılanır”

Gürcüstan Milli Muzeyinin rəsmisi: “Borçalı xalçaları dünya bazarında böyük maraqla qarşılanır”

Hazırda Borçalı xalçaları dünya bazarında olduqca böyük maraqla qarşılanır.

"Sizinxeber.az" xəbər verir ki, bunu Gürcüstan Milli Muzeyinin Şərq kolleksiyalarının kuratoru, professor İrina Koşoridze Bakıda beynəlxalq xalça festivalı çərçivəsində keçirilən "Xalçaçılıqda ənənələr və yeniliklər" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, xalçaşünas Lətif Kərimovun təsnifatına əsasən, Borçalı xalçaları Qazax məktəbinə aid edilir: “Bununla belə, onların dizayn xüsusiyyətləri və texniki elementləri Azərbaycanın digər xalça bölgələrindən olan nümunələrdən əhəmiyyətli dərəcədə fərqlənir. Borçalı xalçaları yüksək keyfiyyətli yunla, əl işçiliyi ilə və əsasən təbii boyalarla hazırlanır. Onların ən xarakterik xüsusiyyətləri sıx ilmə texnikası, parlaq rəng palitrası və simvolik ornamentlərdir".

O əlavə edib ki, Borçalı xalçaları Sovet İttifaqının dağılmasından sonra, xüsusilə xalçaçılıq ənənələrinin yenidən canlanması fonunda, populyarlıq qazanmağa başlayıb: “Bu xalçalar 2001–2003-cü illərdə beynəlxalq bazarda tanınmağa başlanıb. Onlar təkcə kommersiya məhsulu deyil, həm də muzey kolleksiyalarına daxil olan mədəni irs nümunələri kimi beynəlxalq aləmdə təqdim olunur".

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !