Elnur Əliyev: "Azərbaycan biznesinin sosial məsuliyyəti yüksəlib"
sizinxeber.az xəbər saytı

Elnur Əliyev: "Azərbaycan biznesinin sosial məsuliyyəti yüksəlib"


Son illər Azərbaycan biznesinin sosial məsuliyyəti yüksəlib, sosial təşəbbüslərlə çıxış edən iş adamlarının sayı artıb.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda "Sahibkarlar Günü"nə və "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Konstitusiya və suverenlik - Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda keçirilən konfransda bildirib.

"Özəl sektorda bu cür müsbət dəyişikliklər sevindiricidir. Cəmiyyət üçün vacib və həssas məsələlərdə, məsələn, koronavirus (COVID-19) pandemiyası və Vətən Müharibəsi zamanı, eləcə də Qarabağın dirçəlişində fəallıq göstərən sahibkarlarımıza xüsusilə təşəkkür edirik", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Azərbaycanda qeydiyyata alınmış sahibkarların sayı 1,6 milyonu ötüb
Azərbaycanda sahibkarlığa dair yeni ixtisaslaşmış məhkəmələr yaradıla bilər
Nazir müavini: "Sənaye zonalarında 96 sahibkara rezidentlik statusu verilib"
Gündüz Kərimov: "Azərbaycanda iqtisadi inkişaf mühüm mərhələyə qədəm qoyur"
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş hərbi təlimlər keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər