Nazir müavini: "Sənaye zonalarında 96 sahibkara rezidentlik statusu verilib"
sizinxeber.az xəbər saytı

Nazir müavini: "Sənaye zonalarında 96 sahibkara rezidentlik statusu verilib"


İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan, ölkənin müxtəlif bölgələrində yerləşən sənaye zonalarında investisiya portfeli 1 milyard manatdan çox 96 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda "Sahibkarlar Günü"nə və "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Konstitusiya və suverenlik - Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda keçirilən konfransda bildirib.

"2021-2024-cü illərdə sənaye zonalarında 29 müəssisə fəaliyyətə başlayıb. Qeydiyyata alınmış rezidentlərin ümumilikdə 10 800-dən çox iş yeri yaratması nəzərdə tutulur",- deyə o qeyd edib.

Bundan başqa, nazir müavini deyib ki, Ağdam Sənaye Parkı rezident sayına görə ölkədəki sənaye parkları arasında ikincidir: "Artıq burada istehsal olunan məhsullar yerli bazara çıxarılmaqla yanaşı, ixrac olunur".

"Özəl sektor nümayəndələri həmişə irəliyə baxmalı, bizneslərini böyütmək naminə təşəbbüslərini artırmalıdırlar. Biznes nümayəndələrinin yenilikçi təşəbbüsləri həm onların fəaliyyətini genişləndirər, həm də iqtisadi artıma daha çox töhfə verər. Məsələn, işğaldan azad olunmuş ərazilərdə bu təşəbbüslərin çox uğurlu nümunələri var. İş adamları biznes fəaliyyəti üçün yaradılmış imkanlardan yararlanırlar. Bir neçə ildir ki, yaradılmasına baxmayaraq, vacib nəqliyyat qovşaqlarının üzərində yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı sahibkarlara yeni fürsətlər təqdim edir. Sizləri bu ərazilərdəki fürsətləri lazımınca dəyərləndirməyə, daha fəal təşəbbüslərlə çıxış etməyə dəvət edirik", - deyə E.Əliyev vurğulayıb.

O əlavə edib ki, iqtisadiyyatın diversifikasiyası baxımından əhəmiyyət kəsb edən Ələt Azad İqtisadi Zonası mərhələli şəkildə investorların istifadəsinə verilir: "Burada olan əlverişli şərait, təklif olunan güzəştlər biznesin əraziyə marağını artırır. Rəqəmsal iqtisadiyyat ölkəmizin əsas prootitet istiqamətlərdəndir. Gələcəyin trendlərinə uyğun biznes strategiyaları qurulmalı, insan resursları daha da inkişaf etdirilməlidir. Müasir texnologiyalardan istifadə, məhsul və xidmətlərdə yenilikçi yanaşmaların tətbiqi mühümdür. Bu kontekstdə gənc sahibkarların təşəbbüsləri dəstəklənir, startap ekosisteminin gücləndirilməsinə, eləcə də "yaşıl layihə"lərə xüsusi diqqət yetirilir". 

Oxşar xəbərlər

Azərbaycanda 7 ayda sənaye zonalarında 20 şirkətə rezident statusu verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycandakı sənaye zonalarına daha 1 milyard manat investisiya qoyulacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Agentlik: Sənaye zonalarında 9 ayda 27 sahibkarlıq subyekti rezidentlik alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə şirkəti Ağdam Sənaye Parkına 20 milyon manatdan artıq investisiya yatıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın sənaye zonalarından indiyə qədər 13,5 milyard manatlıq məhsul satılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər