İdxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısı genişləndirilib
İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı genişləndirilib.
"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi barədə fərmana dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Dəyişikliklə elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjisi doldurucularının yaddaşlı proqramlaşdırılan kontrolleri və elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjisi doldurucularının yaddaşlı proqramlaşdırılmayan kontrolleri siyahıya əlavə olunub.
Yeni əlavə olunan xammal və materillar 2027-ci il yanvarın 1-dək qüvvədədir.
Oxşar xəbərlər
Elektromobillərin enerji doldurucularının idxalı və satışı ƏDV-dən daha iki il azad olunub
MM elektrik mühərrikli avtomobillərin idxalı və satışının ƏDV-dən daha iki il azad olunmasını təsdiqləyib
Elektrik mühərrikli avtomobillərin doldurucularının idxalı və satışı daha 2 il ƏDV-dən azad edilib
Elektrik mühərrikli avtomobillərin doldurucularının idxalı və satışı daha 2 il ƏDV-dən azad edilir
Əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı genişləndirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













