

Bakıda mənzillər 11 %-dən çox bahalaşıb
Bu ilin fevral ayında Bakıda mənzillərin qiymətləri yanvar ayı ilə müqayisədə orta hesabla 1,5 %, ötən ilin eyni dövrünə nisbətən isə 11,2 % artıb.
Bu barədə "Sizinxeber.az"a açıqlamasında "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.
Həm ilkin, həm də təkrar mənzil bazarında bahalaşma olub
Onun sözlərinə görə, ilkin mənzil bazarında aylıq müqayisədə 1 %, illik müqayisədə isə 12,9 % bahalaşma qeydə alınıb. Bazarda təklif sayı isə ay ərzində 2,5 %, il ərzində isə 14,5 % artıb.
Təkrar mənzil bazarında isə yeni tikililərdə qiymətlər ay ərzində 1,5 %, il ərzində 10,9 %, köhnə tikililərdə müvafiq olaraq 1,1 % və 9,8 % artıb. Bazarda təklif sayı isə ay ərzində 2 %, il ərzində isə 17 % yüksəlib.
Kirayə bazarında qiymətlər sabit qalıb
Fevralda paytaxtda kirayə qiymətləri sabit qalıb, amma 1 il əvvələ nisbətən 9 % bahalaşma müşahidə edilib. Kirayə mənzillərin təklif sayı ay ərzində 1,1 %, il ərzində isə 15,9 % artıb.
İnvestisiya məqsədilə alınan yeni tikililərdə bahalaşma davam edir
V. Oruc əlavə edib ki, təməl (kotlovan) mərhələsində olan yeni tikililər üzrə qiymətlərdə kəskin bahalaşma müşahidə olunur. Onun sözlərinə görə, hazır binalarla müqayisədə, yanaşı yerləşən yeni tikililər bəzi hallarda 5-18 % daha yüksək qiymətə təklif edilir.
Ekspertin fikrincə, bu tendensiya daşınmaz əmlak bazarında yeni bir fenomen kimi ortaya çıxıb və əsasən investisiya maraqlarını əks etdirir. Yəni, vətəndaşlar hələ inşası başa çatmamış mənzilləri gələcəkdə daha yüksək qiymətə satmaq üçün alırlar.
Oxşar xəbərlər
Bakıda mənzillər son 1 ildə 14 % bahalaşıb
Bölgələrdə kirayə mənzil bazarında qiymətlər necədir?
Bakının mənzil bazarında dekabrda ən yüksək qiymət artımı Nərimanovda olub
Assosiasiya: Azərbaycanda tikinti materiallarının qiymətlərinin dəyişməsi yeni tikililərə təsir edir
Ötən il Azərbaycanda yeni mənzillər 11%-dən çox bahalaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Cənubi Karolinanın Qrinvil şəhərində 28 May “Azərbaycanın Müstəqillik Günü” elan edilib
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
-
İsrail Qəzza müharibəsi başlayandan ABŞ-dən 90 tondan çox hərbi təchizat alıb
