Dövlət Vergi Xidmətinə inzibati şikayətlər 36 % azalıb
- 31-01-2025, 17:00
- İqtisadiyyat / Biznes
- 0
- 1 411
Ötən il İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) inzibati şikayətlər üzrə ümumilikdə 9 687 müraciət daxil olub ki, bu da 2023-cü illə müqayisədə 35,9 % azdır.
"Sizinxeber.az" bu barədə DVX-ya istinadən xəbər verir.
Məlumata görə, mübahisələndirilən məsələlərlə bağlı daxil olan ilk müraciətlərin (faktiki müraciətlər) sayı 2023-cü ilə nisbətən 34,3 % azalaraq 7 153 təşkil edib. Faktiki müraciətlərin 94 %-dən çoxu kameral vergi yoxlamaları, qalanları isə səyyar vergi yoxlamaları, operativ vergi nəzarəti və digər kateqoriyalı şikayətlərlə bağlı olub.
Kameral vergi yoxlamaları üzrə daxil olmuş faktiki müraciətlərin böyük hissəsi məcburi sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta, mənfəət (gəlir) vergisi bəyannaməsində təsdiqini tapmayan xərclərə əsasən aparılan hesablamalar, təqdim olunan e-qaiməyə əsasən hesablamalar, mikro sahibkarlıq subyektlərinə verilmiş güzəştlər, bank hesabına daxil olmuş vəsaitə görə aparılan hesablamaları əhatə edib.
Daxil olan şikayətlərin sayında azalmanın başlıca səbəbləri kameral vergi yoxlamaları ilə aşkar edilən kənarlaşmalar üzrə hesablamaların dəqiqləşdirilməsi, eyni zamanda, vergi ödəyicilərinin qanunvericiliyin tələbləri ilə bağlı mütəmadi olaraq məlumatlandırılmasıdır.



alt="ABŞ Türkiyəyə "F-35" verə bilər: Vaşinqtondan mühüm siqnal" />
alt="Tramp XƏBƏRDARLIQ ETDİ: "İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəklər"" />
alt="Vensdən mühüm açıqlama: Hörmüz boğazı ilə bağlı razılıq əldə olunub" />
alt="Apple “VKontakte” tətbiqlərinin App Store-dan silinməsini sanksiyalarla izah edib">
alt="Şimon Peres Mərkəzində Azərbaycan–İsrail innovasiya dialoqu keçirilib - FOTO">
alt=""MUNI EXPO 2026"-da Azərbaycan–İsrail innovasiya əməkdaşlığı müzakirə edilib">
alt="Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq">
width="290" alt="Lənkərandan Bir Səhnə: Dəyərlərimiz Haradadır?" />
width="290" alt="Super qəhrəman tələb olunur – Rəsmi 350 manat maaş" />
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />