DOST mərkəzi: Yaxın zamanda Azərbaycanda e-sosial platforması yenilənəcək
sizinxeber.az xəbər saytı

DOST mərkəzi: Yaxın zamanda Azərbaycanda e-sosial platforması yenilənəcək


Əmək və Əhalinin Sosial Müdafisə Nazirliyinin 159 xidmətindən 145-i elektronlaşdırılıb.

"Report" xəbər verir ki, bunu DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Fərhad Kərimov “29 İqlim Söhbəti: COP29-a gedən yol” Proqramı çərçivəsində Bakıda keçirilən “Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, elektronlaşdırılan xidmətlərin isə 56-sı proaktiv şəkildə fəaliyyət göstərir: "Proaktiv mexanizm elektronlaşmanın növbəti mərhələsidir. Çalışırıq ki, digər xidmətləri də proaktiv şəkilə çevirə bilək”.

F. Kərimov bildirib ki, e-sosial platformasından 1,5 milyondan çox şəxs qeydiyyatdan keçib: “Hazırda e-sosial platformasının üzərində müəyyən dəyişikliklər edirik. Yaxın zamanda platformanın yeni versiyasını təqdim edəcəyik”.

Oxşar xəbərlər

Azərbaycanda rəqəmsallaşma üzrə milli reytinq sistemi istifadəyə veriləcək
Azərbaycanda bu il 153,2 min pensiya, müavinət, təqaüd proaktiv təyin olunub
Bu ilin ilk yarısında 74 mindən çox proaktiv sosial müavinət və təqaüd təyin olunub
Bu ilin yeddi ayında 114 min pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin olunub
Bu il 22 mindən çox şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər