Yaxın Şərq böhranı qlobal fond bazarlarını enişə sürükləyib
sizinxeber.az xəbər saytı

Yaxın Şərq böhranı qlobal fond bazarlarını enişə sürükləyib


Qlobal fond bazarlarında satış təzyiqi güclənib və əsas indekslər günü mənfi zonada başa vurub.

"APA-Economics" xəbər verir ki, ABŞ-da “Dow Jones” indeksi 1,87% və ya 953,33 bənd azalaraq 49 918,78 bəndə, S&P 500 1,62% və ya 119,66 bənd enərək 7 266,99 bəndə, “Nasdaq Composite “isə 1,98% və ya 509,32 bənd geriləyərək 25 169,50 bəndə düşüb. Kanada bazarında “S&P/TSX Composite” indeksi 0,76% azalaraq 34 151,32 bənd olub.

Avropada da mənfi dinamika üstünlük təşkil edib. “Euro Stoxx” 50 0,66%, Almaniyanın “DAX” indeksi 0,97%, Fransanın “CAC” 40 indeksi isə 0,51% geriləyib. Böyük Britaniyanın FTSE 100 indeksi isə 0,27% artımla müsbət zonada qalan azsaylı göstəricilərdən olub.

Asiya-Sakit Okean regionunda da satışlar davam edib. Yaponiyanın Nikkei 225 indeksi 1,46%, Topix 1,54%, Honq Konqun Hang Seng indeksi 1,61%, Çinin CSI 300 indeksi 1,08%, Avstraliyanın S&P/ASX 200 indeksi isə 0,43% azalıb.

Bazar iştirakçıları Yaxın Şərqdə davam edən gərginliyin qlobal iqtisadi artıma və enerji təchizatına təsiri ilə bağlı narahatlıqları qiymətləndirir. Eyni zamanda, investorlar ABŞ-də inflyasiya göstəriciləri və Federal Ehtiyat Sisteminin (FED) faiz siyasəti ilə bağlı siqnalları izləyirlər.

Oxşar xəbərlər

Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Qlobal fond bazarlarında kəskin eniş müşahidə edilir - İNDEKSLƏR
ABŞ və Avropa fond bazarlarında eniş müşahidə olunur - İndekslər
ABŞ və Avropa bazarları Yaxın Şərqdəki gərginlik fonunda geriləyib
Qlobal fond bazarlarında əsas indekslərdə eniş davam edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər