Kocaelidə Azərbaycanın biznes və investisiya imkanları tanıdılıb
sizinxeber.az xəbər saytı

Kocaelidə Azərbaycanın biznes və investisiya imkanları tanıdılıb


Türkiyənin Kocaeli şəhərində Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi aparatının və Kocaeli Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycanda investisiya imkanları mövzusunda görüş keçirilib.

"Sizinxeber.az" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, iş adamlarının geniş iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev və Kocaeli Ticarət Palatasının rəhbəri Necmi Bulut çıxış edərək Azərbaycan ilə Türkiyə arasında iqtisadi münasibətlərin dinamik inkişaf etdiyini vurğulayıblar. Çıxışlarda Azərbaycanın əlverişli biznes və investisiya mühiti, sahibkarlara təqdim olunan güzəştlər, sənaye zonaları, logistika imkanları, eləcə də qeyri-neft sektorunda reallaşdırılan layihələr barədə məlumat verilib.

Tədbir çərçivəsində mövzu ilə bağlı təqdimatlar keçirilib, Azərbaycan iqtisadiyyatının prioritet istiqamətləri, ixrac imkanları və investorlara yaradılan şərait iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda, tədbirdə iştirak edən iş adamlarının sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində bir sıra müəssisələrin fəaliyyəti ilə tanışlıq olub.

Oxşar xəbərlər

AZPROMO Qars Ticarət və Sənaye Palatası ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Niderlanddakı biznes mərkəzi Azərbaycanın investisiya potensialının təqdimatını keçirəcək
Sentyabrda Bakıda II “Körfəz - Azərbaycan” İqtisadi Forumu keçiriləcək
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında biznes əlaqələri genişləndiriləcək
Azərbaycan və İspaniya arasında tərəfdaşlığa dair Yol xəritəsi qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər