Sentyabrda Bakıda II “Körfəz - Azərbaycan” İqtisadi Forumu keçiriləcək
Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının (GCC) Palatalar Federasiyası sentyabrın 25-26-da Bakıda II “Körfəz - Azərbaycan" İqtisadi Forumunu təşkil edəcək.
"Report" bu barədə federasiyaya istinadən məlumat yayıb.
“Dayanıqlıq, investisiya, tərəfdaşlıq” adlanacaq forumun məqsədi Körfəz ölkələri ilə Azərbaycan arasında bir sıra perspektivli iqtisadi sahələrdə ticarət əlaqələrini inkişaf etdirməkdir”, - məlumatda bildirilib.
Forum Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə əməkdaşlıq çərçivəsində Azərbaycan İqtisadiyyat Nazirliyi və Körfəz Əməkdaşlıq Şurasının Baş Katibliyinin dəstəyi ilə təşkil olunacaq.
Federasiyanın prezidenti Faisal bin Abdullah Əl-Ravvas qeyd edib ki, forum Körfəz ölkələri ilə Azərbaycan arasında ticarət əlaqələrinin möhkəmləndirilməsi və inkişafının, o cümlədən iki tərəf arasında ticarət mübadiləsinin həcminin artırılmasının vacibliyini əks etdirir.
Onun sözlərinə görə, forumda ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı, bərpa olunan enerji mənbələri, logistika və nəqliyyat, eləcə də iki tərəf arasında ticarət və investisiyaların artımını dəstəkləyən sektorlar da daxil olmaqla bir sıra iqtisadi sahələrdə əsas investisiya imkanları və birgə layihələr təqdim olunacaq.
Əl-Ravvas əlavə edib ki, 2023-cü ildə Körfəz ölkələri ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 1,8 milyard ABŞ dollarına çatıb. Körfəz ölkələrinin Azərbaycan iqtisadiyyatına sərmayələri isə təxminən 7 milyard ABŞ dolları təşkil edib.
O qeyd edib ki, Azərbaycanın iqtisadi imkanları federasiyanı bu cür birgə tədbirlərin keçirilməsinə diqqət ayırmağa sövq edib.
Birinci “Körfəz - Azərbaycan” İqtisadi Forumu 2017-ci ildə keçirilib.
Oxşar xəbərlər
Azərbaycan Özbəkistanla ticarət dövriyyəsinin artırılmasını müzakirə edəcək
Şarl Mişel Körfəz ölkələrinə səfər edəcək
Növbəti CAREC forumu Almatıda keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
