AZSTAND: Yeni antikorrupsiya standartı ekspertizaya təqdim edilib
sizinxeber.az xəbər saytı

AZSTAND: Yeni antikorrupsiya standartı ekspertizaya təqdim edilib


Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri" standartının yenilənməsi istiqamətində işlərə başlayıb.

Bu barədə “Report”a açıqlamasında Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktorunun müavini, baş direktor vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə deyib.

Onun sözlərinə görə, AZSTAND-ın əməkdaşları artıq bu standartın 2025-ci ildə qüvvəyə minəcək yeni versiyasını hazırlayıb və aidiyyəti üzrə təqdim ediblər: “Hazırda sənəd texniki komitədə müzakirə mərhələsindədir.

K.Məmmədova qeyd edib ki, standartların qəbul prosesi müəyyən prosedurlar əsasında həyata keçirilir: "Texniki komitə ilkin razılıq verdikdən sonra təqdim edilən sənədlər ekspertiza mərhələsinə daxil edilir. Ekspertiza başa çatdıqdan və rəy verildikdən sonra standart rəsmi şəkildə qəbul olunur. Hazırda qüvvədə olan versiya standartın əvvəlki köhnə variantıdır. Yeni versiyanın qəbulundan sonra bu sənəd qüvvədən düşəcək və 2025-ci il versiyası hüquqi qüvvə qazanacaq".

Oxşar xəbərlər

"Rüşvətxorluğa qarşı idarəetmə sistemləri" standartı yenilənəcək
"Rüşvətxorluğa qarşı idarəetmə sistemləri" standartının yenilənməsi işlərinə başlanılıb
Azərbaycanda toxuculuq sahəsində yeni dövlət standartı qəbul edilib
Azərbaycanda qızıl və qızıl ərintiləri sahəsində yeni dövlət standartı qəbul edilib
Azərbaycanda formal təhsildən kənar öyrənmə üzrə yeni dövlət standartı qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle