"Rüşvətxorluğa qarşı idarəetmə sistemləri" standartı yenilənəcək
sizinxeber.az xəbər saytı

"Rüşvətxorluğa qarşı idarəetmə sistemləri" standartı yenilənəcək


Azərbaycan Standartlaşdırma İnstitutu "Rüşvətxorluğa qarşı idarəetmə sistemləri" standartının yenilənməsi istiqamətində işlərə başlayıb.

Bu barədə “Sizinxeber.az-Economics”ə açıqlamasında Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktor vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə deyib.

K.Məmmədzadə bildirib ki, AZSTAND əməkdaşları artıq bu standartın cari ilfə qüvvəyə minəcək yeni versiyasını hazırlayıb və aidiyyəti üzrə təqdim ediblər:

“Hazırda sənəd texniki komitədə müzakirə mərhələsindədir”.

O qeyd edib ki, standartların qəbul prosesi müəyyən prosedurlar əsasında həyata keçirilir: "Texniki komitə ilkin razılıq verdikdən sonra təqdim edilən sənədlər ekspertiza mərhələsinə daxil edilir. Ekspertiza başa çatdıqdan və rəy verildikdən sonra standart rəsmi şəkildə qəbul olunur. Hazırda qüvvədə olan versiya standartın əvvəlki – köhnə variantıdır. Yeni versiyanın qəbulundan sonra bu sənəd qüvvədən düşəcək və 2025-ci il versiyası hüquqi qüvvə qazanacaq".

Oxşar xəbərlər

"Rüşvətxorluğa qarşı idarəetmə sistemləri" standartının yenilənməsi işlərinə başlanılıb
AZSTAND: Yeni antikorrupsiya standartı ekspertizaya təqdim edilib
Keyfiyyəti idarəetmə sahəsi üzrə terminologiyaya dair dövlət standartı yenilənib
Azərbaycanda toxuculuq sahəsində yeni dövlət standartı qəbul edilib
Son 3 ildə dövlət standartlarının qəbulu 6 dəfədən çox artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle