Azərbaycanda formal təhsildən kənar öyrənmə üzrə yeni dövlət standartı qəbul edilib
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) beynəlxalq standart əsasında AZS ISO 29993:2025 “Formal təhsildən kənar öyrənmə xidmətləri. Xidmətə dair tələblər” yeni dövlət standartını qəbul edib.
"Report" AZSTAND-a istinadən xəbər verir ki, yeni dövlət standartı ömürboyu təhsilin bütün növlərini əhatə etməklə, formal təhsildən kənar öyrənmə xidmətlərinə dair tələbləri müəyyən edir.
Standartın ölkədə tətbiqinin məqsədi formal təhsildən kənar öyrənmə xidmətlərinin təşkili prosesini beynəlxalq tələblərə uyğunlaşdırmaq, eyni zamanda keyfiyyətli və əlçatan öyrənmə imkanlarının təmin olunmasına şərait yaratmaqdır.
“Keyfiyyət Assossiasiyası” İctimai Birliyinin işləyib hazırladığı standart layihəsi “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırılma üzrə Texniki Komitədə (AZSTAND/TK 08) müzakirə edilib, konsensus əsasında qərar qəbul edilərək təsdiq edilməsi üçün AZSTAND-a təqdim olunub.
Oxşar xəbərlər
Azərbaycanda distant təhsil xidməti üzrə yeni dövlət standartı qəbul edilib
Azərbaycanda tibbi laboratoriyalara dair yeni dövlət standartı qəbul edilib
Azərbaycanda distant təhsilə dair yeni dövlət standartı qəbul edilib
Azərbaycan “Yaşıl biznesin idarəedilməsi sistemləri” yeni dövlət standartını qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
