Kanada millisinin futbolçusu Qətərlə matçda ağır zədə alıb
Kanada millisinin yarımmüdafiəçisi İsmayıl Kone futbol üzrə dünya çempionatının qrup mərhələsinin II turunda Qətər yığmasına qarşı keçirilən oyunda ciddi zədə alıb.
"Sizinxeber.az" xəbər verir ki, Vankuverdə keçirilən qarşılaşmanın 52-ci dəqiqəsində, hesab 3:0 Kanada komandasının xeyrinə olarkən, Qətər millisinin müdafiəçisi Asim Madibo Koneyə qarşı kobud qayda pozuntusuna yol verib.
Bundan sonra həkimlər dərhal meydana daxil olaraq futbolçuya ilkin yardım göstərib.
Zədənin ağırlığı səbəbindən Kone meydanı xərəkdə tərk edib. Hadisədən sonra futbolçular arasında gərginlik yaşanıb və qısa müddətli qarşıdurma baş verib.
Kanada yığmasının bəzi üzvləri zədə alan komanda yoldaşına görə göz yaşlarını saxlaya bilməyiblər. Zədənin həddən artıq ciddi olması ehtimal edilir. Çünki qayda pozuntusundan sonra matçın yayımı zamanı epizodun təkrarının göstərilməməsi qərara alınıb.
Baş hakim qayda pozuntusuna görə Madibonu birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıb. Qətər millisi oyunu doqquz nəfərlə davam etdirmək məcburiyyətində qalıb. Belə ki, bundan əvvəl komandanın digər üzvü Homam Əl-Əmin də qırmızı vərəqə alaraq meydandan qovulmuşdu.
İsmayıl Konenin zədəsinin nə yerdə olduğu hələlik açıqlanmayıb.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.
Oxşar xəbərlər
Kanada millisinin baş məşqçisi vəzifəsindən kənarlaşdırılıb
"Real"ın kapitanı ciddi zədə alıb
Kanada - Bosniya və Herseqovina oyununun ən yaxşı futbolçusu açıqlanıb
Kanada hakimiyyəti Qana millisinin futbolçusuna cinayət ittihamına görə viza verməyib
"Beşiktaş" klubunun futbolçusu ciddi zədə alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimi keçirilir, Prezidenti İlham Əliyev tədbirdə iştirak edir - CANLI - YENİLƏNİB
-
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
-
Tramp və Pezeşkian ABŞ-İran sazişinin nüsxəsini imzalayıblar
-
Neft Emalı Zavodunda yanğın söndürülüb - YENİLƏNİB-1
-
Yəmən sahilində daha bir gəmiyə silahlı hücum oldu
-
Neft Emalı Zavodunda yanğın başlayıb
