Rutte: NATO Ukraynaya təhlükəsizlik zəmanətlərinin təmin olunmasında iştirak edəcək
NATO Ukraynaya təhlükəsizlik zəmanətlərinin təmin olunmasında iştirak edəcək.
APA xəbər verir ki, bunu hərbi blokun Baş katibi Mark Rutte Ukrayna prezidenti Volodimir Zelenski ilə mətbuat konfransında deyib.
“Mən əmin olacam ki, Ukraynaya elə səviyyədə təhlükəsizlik zəmanəti verilib ki, Rusiya bir də ona hücum etməyəcək” Rutte vurğulayıb.
“Kimin Ukraynaya qoşun, kimin kəşfiyyat məlumatı verəcəyi, kimin dənizdə və havada Ukraynaya kömək edəcəyini i demək hələlik tezdir. Amma, aydındır ki ABŞ burada iştirak edəcək. Biz Budapeşt Memorandumunun və ya Minsk Razılaşmalarının təkrar olunmasını istəmirik” Rutte qeyd edib.
Xatırladaq ki, 1994-cü ildə imzalanan Budapeşt Memorandumu Ukrayna, Belarus və Qazaxıstanın nüvə silahlarını təhvil verməsi əvəzində təhlükəsizlik zəmanətləri ilə təmin olunmasını nəzərdə tuturdu.
Oxşar xəbərlər
Mark Rutte Ukraynaya planlaşdırılmamış səfər edib
Rutte NATO-nun Ukrayna üzrə komandanlığının işə başladığını açıqlayıb
KİV: Ukrayna üçün təhlükəsizlik zəmanətləri NATO üzvlüyünü əhatə etməyəcək
Rütte: NATO üzərindən ABŞ silahlarının Ukraynaya tədarükü davam edəcək
Zelenski Trampdan hansı təhlükəsizlik zəmanətlərini gözlədiyini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
-
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
-
Azərbaycanda aqrar informasiya-məsləhət sistemi formalaşdırılacaq
