Rusiyanın Kiyev vilayətinə hücumu nəticəsində ölənlərin sayı beşə çatıb
sizinxeber.az xəbər saytı

Rusiyanın Kiyev vilayətinə hücumu nəticəsində ölənlərin sayı beşə çatıb


Rusiya qoşunlarının Ukraynanın Kiyev vilayətinə gecə hücumu nəticəsində ölənlərin sayı beş nəfərə çatıb.

"Sizinxeber.az"un məlumatına görə, vilayət hərbi administrasiyanın rəhbəri Nikolay Kalaşnik bu barədə teleqram kanalında xəbər verib.

Onun sözlərinə görə, Brovarı və Vışqorodda iki nəfər həlak olub. Rusiya hücumları enerji və qaz infrastrukturuna ziyan vurub, ən çox ziyan isə Obuxov və Brovarı rayonlarına dəyib.

Kalaşnik daha əvvəl düşmənin hücumu nəticəsində dörd nəfərin öldüyünü və 22 nəfərin yaralandığını bildirib. Yaralılar arasında üç uşaq da var.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri martın 14-ə gecə Kiyev vilayətinə raket və dronlarla zərbələr endirib. Yaşayış binaları, təhsil və digər müəssisələr, vacib infrastruktur obyektləri də daxil olmaqla yaşayış məntəqələri hədəfə alınıb.

Oxşar xəbərlər

Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 10-a çatıb, 90 nəfər yaralanıb
Rusiyanın Kiyevə aviazərbələri nəticəsində ölənlərin sayı 16-ya çatıb
Rusiyanın Kiyevə aviazərbələr nəticəsində ölənlərin sayı 16-ya çatıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər