Kiyevə raket hücumu - ölən və yaralananlar var
sizinxeber.az xəbər saytı

Kiyevə raket hücumu - ölən və yaralananlar var


Kiyevə Rusiya Silahlı Qüvvələrinin (SQ) raket hücumu nəticəsində bir nəfər ölüb, doqquz nəfər yaralanıb.

“Sizinxeber.az” Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko sosial şəbəkələrdə məlumat verib.

"Hazırda bir nəfərin həlak olduğu, doqquz nəfərin yaralandığı məlumdur. Onlardan dördü xəstəxanaya yerləşdirilib. Qəlpələr Kiyevin dörd rayonunda - Qoloseyevski, Solomenski, Şevçenkovski və Dneprovski rayonlarında aşkar edilib", - o bildirib.

V.Kliçko həmçinin qeyd edib ki, şəhərin Qoloseyevski rayonunda 630 yaşayış evi, 16 müalicə müəssisəsi, 17 məktəb və 13 uşaq bağçası istilik təchizatından məhrum olub.

Oxşar xəbərlər

İsrail HHQ-nin Beyruta hücumu nəticəsində 11 nəfər ölüb, 33 nəfər yaralanıb - YENİLƏNİB
Beyrutda İsrail HHQ-nin hücumu nəticəsində dörd nəfər ölüb, 23 nəfər yaralanıb
Dəməşqdəki binaya hava hücumu nəticəsində 7 nəfərin öldüyünü, 11 nəfərin yaralandığı açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər