Rusiyanın Kiyevə hücumu nəticəsində beş nəfər həlak olub
sizinxeber.az xəbər saytı

Rusiyanın Kiyevə hücumu nəticəsində beş nəfər həlak olub


Rusiya Kiyev şəhəri və vilayətinə raket, pilotsuz uçuş aparatları ilə kütləvi zərbə endirib.

“Sizinxeber.az” Ukrayna mətbuatına istinadən xəbər verir ki, hücum nəticəsində 5 nəfər həlak olub, 18 nəfər yaralanıb, paytaxtın Şevçenkovski rayonunda çoxmərtəbəli binanın girişi dağıdılıb.

Belə ki, iyunun 23-nə keçən gecə Kiyev və ətraf ərazilərə raket və pilotsuz uçuş aparatları ilə kütləvi zərbə endirilib. Paytaxtda ən çox Şevçenkovski rayonuna ziyan dəyib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Kiyevdə dörd nəfər həlak olub, on nəfər yaralanıb.

Kiyev vilayətində bir nəfər həlak olub. Zədələnmiş binaların təmizlənməsi zamanı xəsarət alan iki xilasedici də daxil olmaqla səkkiz nəfər yaralanıb.

Yaşayış binaları və tibb müəssisələri zədələnib. Fəsadların aradan qaldırılması istiqamətində işlər davam edir.

Oxşar xəbərlər

Kiyevə raket hücumu - ölən və yaralananlar var
Kiyevə hücum nəticəsində doqquz nəfər həlak olub, 70 nəfər yaralanıb - YENİLƏNİB
Kiyevə raket hücumu nəticəsində 4 nəfər ölüb, yaralılar var
Rusiya Sumıya raket zərbəsi endirib, 2 nəfər ölüb
Kiyevə dron hücumu olub, ölən və yaralananlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər