Qadın futbolçulardan ibarət Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
in
2026
23:30
ff aaaaaaa

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib

09 in, 2026
23:30
680

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib

Azərbaycanın qadın futbolçulardan ibarət yığması dünya çempionatının seçmə mərhələsində son oyununu keçirib.

"Report"un məlumatına görə, C liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda səfərdə Şimali Makedoniya yığması ilə üz-üzə gəlib.

Bitola şəhərindəki "Petar Miloşevski" stadionundakı qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb - 3:1. Komandanın qollarını Kristina Bakarandze (8), Manə Mollayeva (28), Nigar Mirzəliyeva (37) vurub.

Qeyd edək ki, qrupda Macarıstan 16 xalla birinci, Azərbaycan 12 xalla ikinci, Şimali Makedoniya 6 xalla üçüncü, Andorra isə 1 xalla dördüncü pillədə yer alıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul