Kiçik Kennedi: Trampın faşizmdə ittiham edilməsi onun həyatına sui-qəsdə səbəb olur
sizinxeber.az xəbər saytı

Kiçik Kennedi: Trampın faşizmdə ittiham edilməsi onun həyatına sui-qəsdə səbəb olur


ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın faşizmdə ittiham edilməsi siyasətçinin həyatına qəsdlərə səbəb olur.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizədliyini geri götürmüş kiçik Robert Kennedi deyib.

O qeyd edib ki, bu cür təxribatçı müqayisələr Amerika cəmiyyətinə pis təsir edə bilər.

“Prezident olmaq üzrə olan siyasətçinin Hitlerlə müqayisəsi, sanki bu adamı vəzifəyə başlamazdan əvvəl öldürməyə çağırışdır”, - Kennedi vurğulayıb.

Qeyd edək ki, Ağ Evin mətbuat katibi Karin Jan-Pyer oktyabrın 23-də ABŞ prezidenti Cozef Baydenin Trampı faşist hesab etdiyini deyib.

Trampı əvvəllər də müxtəlif şəxslər belə adlandırıblar.

Oxşar xəbərlər

Kiçik Robert Kennedi Trampın xeyrinə namizədliyini geri götürə bilər
Kiçik Kennedi prezident seçkilərində Trampı dəstəkləyəcək
Kennedi: Conson Baydenin əmri ilə Rusiya və Ukrayna arasındakı danışıqları pozub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər