FIFA Misir millisinin formasında dəyişiklik edilməsini istəyib
sizinxeber.az xəbər saytı

FIFA Misir millisinin formasında dəyişiklik edilməsini istəyib


FIFA Misir millisindən DÇ-2026-dakı ilk oyunu ərəfəsində formasındakı ulduzları çıxarmağı tələb edib.

"Sizinxeber.az" xəbər veirr ki, bu barədə jurnalist Mayki Cunior sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, Misir Futbol Federasiyasının loqosunun üzərində yer alan yeddi ulduz komandanın Afrika Millətlər Kubokunda qazandığı yeddi çempionluğu simvolizə edir.

Lakin FIFA-nın qaydalarına əsasən, milli komandaların emblemləri üzərindəki ulduzlar yalnız dünya çempionatlarında əldə olunan titulların sayını əks etdirməlidir. Bu səbəbdən qurum Misir millisindən həmin ulduzları formadan götürməyi tələb edib.

Bundan başqa, FIFA futbolçuların forma üzərindəki nömrə və soyadlarının yazılmasında istifadə olunan qızılı rəngin də dəyişdirilməsini istəyib.

Misir millisi dünya çempionatının qrup mərhələsində ilk oyununu iyunun 15-də Belçikaya qarşı keçirəcək. Komanda qrupun növbəti matçlarında İran və Yeni Zelandiya ilə qarşılaşacaq.

Oxşar xəbərlər

Futbol üzrə İran millisi dünya çempionatını buraxa bilər
FİFA İrana dünya çempionatında iştirak üçün zəmanət vermək niyyətindədir
Şeynbaum: FIFA DÇ-2026-da İran yığmasının oyunlarını ABŞ-dən Meksikaya keçirməyəcək
Pezeşkian DÇ-2026-ya yollanacaq futbol üzrə İran yığmasının düşərgəsində olub
FİFA qadınlar komandasının sayını artıracaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər