Klopp: Dünya çempionatındakı su fasilələri sponsorlar üçündür
Almaniyalı məşqçi Yurgen Klopp 2026-cı il dünya çempionatında tətbiq olunan su fasilələrini tənqid edib.
ESPN-in məlumatına görə, Klopp fasilələrin futbolçuların deyil, sponsorların maraqlarına xidmət etdiyini bildirib.
Qaydalara əsasən, hava temperaturu 30 dərəcədən yuxarı olduqda matçlarda su fasilələri verilməlidir. Lakin dünya çempionatında bu fasilələr hava şəraitindən asılı olmayaraq hər hissədə tətbiq olunur.
“Futbol kondisionerli ofislərdə oturan rəhbərlərin girovuna çevrilib. Su fasilələri oyunçuların rifahı naminə təqdim olunurmuş kimi göstərilir. Əslində isə onlar sponsorlar üçün yaradılmış qızıl qəfəsdir”, - deyə Klopp vurğulayıb.
Onun sözlərinə görə, futbol əvvəllər əsas hadisə idi, indi isə reklam şousunun fon musiqisinə çevrilmək riski ilə üz-üzədir.
Oxşar xəbərlər
Yurgen Klopp Braziliya yığmasını və ya "Real"ı çalışdıra bilər
Yurgen Klopp özünə yeni iş tapıb
Klopp "Real"ın yeni baş məşqçisi ola bilər
Adı “Roma” və “Real” ilə hallanan Klopp şayiələrə aydınlıq gətirib: “Tamamilə cəfəngiyyatdır”
DÇ-2026: Braziliya Mərakeşlə heç-heçə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-26: ABŞ 4 qol vuraraq 3 xalı qazanıb
-
Alina Xələfova: "Miniboss Biznes Məktəbi"nin məzunları ailə bizneslərini idarə etməyə hazırdır
-
Bu gün Azərbaycanda “Son zəng”dir
-
Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib
-
Azərbaycan ilə ABŞ arasında potensial investisiya layihələri dəyərləndirilib
-
Ərdoğan futbol üzrə Türkiyə yığmasına uğurlar arzulayıb
