Pentaqon məxfi proqramları gizli saxlamaq üçün UNO haqqında dezinformasiya yayıb
ABŞ Müdafiə Nazirliyi onilliklər boyu məxfi hərbi proqramların mövcudluğunu gizli saxlamaq üçün naməlum uçan obyektlər (UNO) və yadplanetli texnologiyalar haqqında bilərəkdən dezinformasiya yayıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti rəsmilər, hərbçilərlə müsahibələrə və minlərlə sənəd səhifəsinə əsaslanan araşdırmaya istinadən məlumat yayıb.
Qeyd olunub ki, 1980-ci illərdə ABŞ Hərbi Hava Qüvvələrinin əməkdaşı Nevadada məxfi “51-ci Zona” obyektinin yaxınlığındakı bar sahibinə xüsusi olaraq saxta uçan boşqab fotoşəkilləri ötürüb. Bu, stels təyyarələrinin, o cümlədən forması populyar mədəniyyətdə yadplanetli gəmilərinin xarakterik təsvirlərinə bənzəyən F-117-nin sınaqlarını gizlətmək əməliyyatının bir hissəsi olub. Mənbələrin məlumatına görə, bu cür manipulyasiyalar sistemli olub və yalnız bir hadisə ilə məhdudlaşmayıb.
Araşdırma ABŞ Konqresi tərəfindən yaradılmış AARO (All-domain Anomaly Resolution Office) ofisi tərəfindən aparılıb. Bu qurumun vəzifəsi hökumətin guya yadplanetli texnologiyalarının öyrənilməsi proqramlarını gizlətməsi barədə çoxillik inadlı şayiələri yoxlamaq olub. AARO-nun işi zamanı saxta sənədlərin yayılması, yeni zabitlərin UNO ilə bağlı mövcud olmayan məxfi layihələrə "təqdim edilməsi" və ictimai rəylə manipulyasiya halları aşkar edilib.
Xüsusi diqqət 1960-70-ci illərdə baş vermiş hadisələrə yönəldilib. O zaman Hərbi Hava Qüvvələrinin əməkdaşları guya "havada süzən obyektlər" tərəfindən törədilmiş nüvə raketlərinin sönməsini qeydə alıblar. Lakin AARO-nun nəticələrinə görə, belə sönmələrin səbəbi nüvə zərbəsinin nəticələrini simulyasiya edən elektromaqnit generatorlarının sınaqları olub.
Oxşar xəbərlər
Pentaqon rəhbəri işdən çıxarılacağından ehtiyatlanır
Çin yeni gizli silahın son sınaqlarını keçirib
KİV: Pentaqonun üçüncü məmuru məlumat sızıntıları səbəbindən vəzifədən uzaqlaşdırılıb
Britaniyada məxfi hərbi sənədlər zibil qutusundan tapılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Axşam içki içmisinizsə, səhər avtomobil idarə etdiyinizə görə cərimə oluna bilərsinizmi?
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırılıb
-
"Neftçi" iyunun 10-da Bakıda toplaşacaq, daha sonra Sloveniyaya yollanacaq
-
ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib
