Bessent: Hörmüz boğazı açıldıqdan sonra ərəb ölkələri neft tədarükünü bərpa etməyə hazırdır
Fars körfəzi ölkələri Hörmüz boğazı açıldıqdan sonra bir həftə ərzində onun vasitəsilə neft tədarükünü bərpa etməyə hazırdır.
"Report" xəbər verir ki, bu bəyanatla ABŞ-nin maliyyə naziri Skott Bessent Ağ evdə jurnalistlər üçün keçirilən brifinqdə çıxış edib.
Onun sözlərinə görə, o, Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankının rəhbər orqanlarının yaz sessiyası çərçivəsində Yaxın Şərqdən olan həmkarları ilə görüşüb.
"Və onların hamısı bildirir ki, Hörmüz boğazı açılsa, bir həftə ərzində neft tədarükünə başlaya biləcəklər", - Bessent bildirib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və ABŞ-nin Fars körfəzi ölkələrindəki hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılaşma əldə ediblər.
Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, aprelin 13-ü Şərq yay vaxtı ilə saat 10:00-dan (Bakı vaxtı ilə 18:00-dan) etibarən Vaşinqton Hörmüz boğazındakı İran limanlarını bloklamağa başlayıb.
Oxşar xəbərlər
"Al-Jazeera": ABŞ Hörmüz blokadasının pozulmasına necə reaksiya göstərəcəyinə qərar verməyib
Hörmüzdən ABŞ-nin təhdidlərinə baxmayaraq növbəti İran gəmisi keçib
Tramp İrana Hörmüz boğazını açmaq üçün 48 saat vaxt verib
İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi müzakirə olunub
Tramp: Hörmüz boğazında gəmiçiliyin bərpası prioritetdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
