Əl-Colani: Suriya ikinci Əfqanıstan olmayacaq
sizinxeber.az xəbər saytı

Əl-Colani: Suriya ikinci Əfqanıstan olmayacaq


Suriya Əfqanıstana bənzəməyəcək.

“Report” xəbər verir ki, bunu Dəməşqdə hakimiyyətə gələn silahlı qruplaşmaların lideri, Əbu Məhəmməd əl-Colani ləqəbi ilə tanınan Əhməd əş-Şəraa bildirib.

“Suriya Əfqanıstan deyil və olmayacaq”, – Al Arabiya telekanalı onun sözlərindən sitat gətirib.

Əş-Şəraa hesab edir ki, bu iki ölkə “çox fərqlidir və fərqli ənənələrə malikdir”. O qeyd edib ki, “Suriya sakinləri fərqli mentalitetə malikdirlər”. Əş-Şəraa həmçinin qadınların təhsil almasına inandığını deyib.

Xatırladaq ki, Suriyada Bəşər Əsəd rejimi noyabrın 27-də baş qaldıran Suriya müxalifətinin hücumu zamanı dağılmağa başlamışdı. Hücumun kulminasiyası paytaxt Dəməşqin süqutu və Bəşər Əsədin ölkədən qaçması olmuşdu. Dəməşqin süqutundan əvvəl yaraqlılar Qərbi Suriyada bir neçə şəhəri, o cümlədən Hələb və Həma şəhərlərini ələ keçirmişdilər.

Oxşar xəbərlər

Türkiyədən ölkəsinə qayıdan suriyalıların sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT Baş katibi: Suriyada etibarlı, nizamlı və inklüziv keçid tənzimləmələrini dəstəkləmək mütləqdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriya müxalifətinin lideri ölkədə baş verənləri bütün xalqın qələbəsi adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvadadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ daha yaxşı gələcək üçün Suriya xalqı ilə işləməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər