Tramp Suriyanın müvəqqəti prezidenti ilə Səudiyyə Ərəbistanında görüşməyə razılaşıb - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
may
2025
21:00

Tramp Suriyanın müvəqqəti prezidenti ilə Səudiyyə Ərəbistanında görüşməyə razılaşıb - YENİLƏNİB

13 may, 2025
21:00
463

Tramp Suriyanın müvəqqəti prezidenti ilə Səudiyyə Ərəbistanında görüşməyə razılaşıb - YENİLƏNİB

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şəraa ilə görüşməyə razılaşıb.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin nümayəndəsi məlumat verib.

“Prezident Səudiyyə Ərəbistanında olarkən mayın 14-də suriyalı həmkarı ilə görüşməyə razılıq verib”, - nümayəndə bildirib.

O, başqa təfərrüatları açıqlamayıb.

Daha əvvəl Suriya Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının Dəməşq və Vaşinqton arasında münasibətlərdə vasitəçi rolunu üzərinə götürdüyünü bəyan etmişdi. “The National” nəşrinin mənbələrindən birinin bildirdiyinə görə, əş-Şəraa ilə Tramp arasında mümkün söhbətin əsas mövzusu Amerikanın Suriyaya qarşı sanksiyalarının ləğvi olacaq.

Qeyd edək ki, Tramp Yaxın Şərq turnesi çərçivəsində bu gün Səudiyyə Ərəbistanına səfər edib.

18:43

Suriyanın müvəqqəti prezidenti Əhməd Əş-Şəraa mayın 14-də Səudiyyə Ərəbistanına səfəri çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşə bilər.

“Report” xəbər verir ki, bu barədə BƏƏ-nin “The National” qəzeti yazıb.

Nəşrin Suriya XİN-dəki mənbəsinin sözlərinə görə, Ər-Riyad Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının sammiti çərçivəsində Tramp və əş-Şəraa arasında 45 dəqiqəlik görüş keçirməyi təklif edib.

Qeyd olunub ki, ABŞ lideri Dəməşqdəki yeni administrasiya başçısını "dinləməyə razılaşıb", lakin ABŞ hələ rəsmi olaraq görüşü təsdiqləməyib.

Bizimlə əlaqə saxlayın