“Renault” Fransa ordusu üçün kütləvi PUA istehsalına başlayır
sizinxeber.az xəbər saytı

“Renault” Fransa ordusu üçün kütləvi PUA istehsalına başlayır


Fransanın “Renault” avtomobil şirkəti müdafiə sənayesində fəaliyyətini genişləndirir. Şirkət Fransanın müdafiə sahəsində fəaliyyət göstərən “Turgis & Gaillard” qrupu ilə əməkdaşlığa başlayaraq, bu ilin sonunadək hərbi təyinatlı pilotsuz uçuş aparatlarının kütləvi istehsalına start verməyi planlaşdırır.

Bu barədə Fransanın silahlı qüvvələr naziri Ketrin Votren “Ouest-France” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda layihə sınaq mərhələsindədir və ilk seriyalı istehsal avtomobil sənayesinə xas sənaye tempi ilə ilin sonuna qədər başlayacaq. “Renault” və “Turgis & Gaillard” arasında əməkdaşlıq “Chorus” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi Fransa ordusunun arsenalında mövcud olan boşluqları doldurmaq və yüksəkintensivlikli münaqişələr üçün lazım olan istehsal həcmlərinə çatmaqdır.

Pilotsuz aparatların istehsalı “Renault”un Fransanın Le-Man şəhərində yerləşən zavodunda təşkil olunacaq.

Nazir bildirib ki, texnologiyaların sürətlə dəyişdiyi bir sahədə fəaliyyət göstərdiklərinə görə istehsal edilən modellərin mütəmadi olaraq yenilənməsi vacib olacaq.

Oxşar xəbərlər

KİV: Fransanın "Renault" şirkəti Ukraynada dron istehsal edən zavod açacaq
"Renault" mühəndislərin sayını azaltmağı planlaşdırır
Fransa Ukraynada PUA istehsalına başlayacaq
Fransa 2027-ci ildə BƏƏ-yə “Rafale” qırıcılarını tədarük etməyə başlayacaq
Fransanın Ukraynada PUA və texnika üçün istehsal etdiyi avadanlıqların 30%-i Ermənistana ayrılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər