Ukrayna Avropa Komissiyasından 3,5 milyard avroluq növbəti yardım alıb
sizinxeber.az xəbər saytı

Ukrayna Avropa Komissiyasından 3,5 milyard avroluq növbəti yardım alıb


Ukrayna Avropa Komissiyasından Kiyev üçün makromaliyyə yardım proqramı (“Ukraine Facility”) çərçivəsində 3,5 milyard avro məbləğində növbəti tranşı alıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Baş naziri Denis Şmıqal sosial şəbəkələrdə məlumat yayıb.

Onun sözlərinə görə, proqram çərçivəsində ümumi maliyyə yardımı artıq 19,6 milyard avroya çatıb.

Avropa İttifaqı Şurası martın 17-də 3,5 milyard avro məbləğində tranşı təsdiqləyib.

Məlumatda qeyd olunub ki, Ukrayna üçüncü ödənişi almaq üçün zəruri şərtləri yerinə yetirib. Bərpa olunan enerji mənbələrindən istifadənin artırılması üçün islahatların həyata keçirilməsi və s. kimi 13 addımı reallaşdırıb.

Oxşar xəbərlər

Aİ Şurası Ukraynaya 3,5 milyard avro tranşı təsdiqləyib
Avropa Komissiyası Ukraynaya 4,1 milyard avro ayırmağı təsdiqləyib
BVF Ukraynaya 1,1 mlrd dollar ayırıb
Ukrayna dekabrda 8,5 milyard dollarlıq beynəlxalq yardım almağa ümid edir
Misir Aİ-dən 1 milyard avro məbləğində ilk tranşı alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər