Yaponiya Hörmüz boğazından tankerin keçməsi üçün İrana pul ödəməyib
Yaponiya hakimiyyəti Hörmüz boğazından keçən "İdemitsu Maru" tankerinə görə Tehrana pul ödəməyib.
"Report" xəbər verir ki, bu barədə Yaponiyanın "Nikkei" biznes qəzeti məlumat yayıb.
Qəzetin Yaponiya hökumətindəki mənbələrinə görə, gəminin keçidi hakimiyyət orqanları ilə İran tərəfi arasında aparılan danışıqlar nəticəsində mümkün olub.
"Bu, Yaponiya hökuməti tərəfindən aparılan danışıqların nəticəsidir. Biz (tankerin) keçidi üçün heç bir ödəniş etməmişik", - qəzet yüksək vəzifəli hökumət rəsmisinə istinadən bildirib.
Bir müddət əvvəl "Tasnim" xəbər agentliyi İranın köməyi ilə Yaponiyanın "İdemitsu Maru" tankerinin Hörmüz boğazından keçdiyini bildirib. Agentliyin məlumatına görə, Yaponiyanın "İdemitsu Kosan" neft emalı zavoduna məxsus və 2 milyon barel neft daşıyan gəmi fevral ayının sonundan bəri Səudiyyə Ərəbistanı sahillərində olub. Yaponiya şirkəti təhlükəsizliklə bağlı narahatlıqlarını əsas gətirərək məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Oxşar xəbərlər
İran Yaponiya gəmilərinə güzəşt edə bilər
İran Yaponiya gəmilərinə güzəşt edəcək
İran Yaponiya gəmilərinə güzəşt etmək edə bilər
Yaponiya Hörmüz boğazına mina əleyhinə gəmi göndərilməsi barədə hələ qərar qəbul etməyib
Yaponiya vətəndaşlarını İrana getməməyə çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
AZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatıb
