Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
sizinxeber.az xəbər saytı

Azərbaycanın minifutbol millisi Avropa çempionu olub


Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının qalibi olub.

"Sizinxeber.az"un Bratislavaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv finalda Ukrayna seçməsini məğlub edib.

"Tipos Arena"dakı oyun 2:0 hesabı ilə bitib.

Komandanın qollarına Mirmehdi Rzayev və İsa Atayev imza atıb.

Beləliklə, minifutbol üzrə Azərbaycan millisi ikiqat Avropa çempionu olub. Komanda daha əvvəl 2022-ci ildə titula sahib çıxıb.

Xatırladaq ki, Azərbaycan millisi ötən gün əsas vaxtı 1:1 hesabı ilə bitən yarımfinal görüşünün penaltilər seriyasında Serbiya seçməsini üstələyib - 3:1. F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edən komanda 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda isə Çexiyanı (5:2) məğlub edib.

Oxşar xəbərlər

Avropa çempionatı: Azərbaycanın minifutbol millisi bu gün finalda Ukrayna ilə qarşılaşacaq
Azərbaycanın minifutbol millisi Avropa çempionatının 1/4 finalında bu gün Çexiya ilə qarşılaşacaq
Azərbaycanın minifutbol millisi Avropa çempionatına qələbə ilə başlayıb
Azərbaycanın minifutbol yığması Slovakiyada Millətlər Liqasında ikinci yeri tutub
Azərbaycanın minifutbol yığması Slovakiyada keçirilən Millətlər Liqasında ikinci yeri tutub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər