"Bitcoin"in qiyməti 61 min dollardan aşağı enib
sizinxeber.az xəbər saytı

"Bitcoin"in qiyməti 61 min dollardan aşağı enib


Son sutkada kriptovalyuta bazarında əsas aktivlər üzrə eniş davam edib.

APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin”in qiyməti son 24 saatda 3,56% azalaraq 60 833 ABŞ dollarına düşüb. Dünyanın ən böyük kriptovalyutasının qiyməti son bir həftədə isə 17,21% azalıb.

Bazarın ikinci ən böyük kriptovalyutası olan “Ethereum”un qiyməti son sutkada 8,97% azalaraq 1 556 dollara enib. Son yeddi gündə aktivin qiyməti 22,67% geriləyib.

Digər əsas kriptovalyutalarda da mənfi dinamika müşahidə olunub. BNB-nin qiyməti 3,82% azalaraq 571 dollara, XRP-nin qiyməti 4,97% enərək 1,07 dollara, “Solana”nın qiyməti isə 7,81% azalaraq 62 dollara düşüb. “TRON” da ucuzlaşıb – aktiv son 24 saatda 2,55% azalaraq 0,319 dollara geriləyib.

“CoinMarketCap” 20 İndeksi (CMC20) də son 24 saatda 4,67% azalaraq 121,66 bənd olub. Son yeddi gündə isə göstərici 18,07% geriləyib.

Oxşar xəbərlər

Kriptobirjada son durum - "Bitcoin" bahalaşıb
“Bitcoin”in qiyməti 63 min dollardan aşağı enib
"Bitcoin" yenidən ucuzlaşıb
"Bitcoin"in qiyməti 65 min dollardan aşağı enib
"Bitcoin"in qiyməti 80 min dollardan aşağı enib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər