ABŞ Hind okeanında İranla əlaqəli neft supertankerini saxlayıb
sizinxeber.az xəbər saytı

ABŞ Hind okeanında İranla əlaqəli neft supertankerini saxlayıb


ABŞ Silahlı Qüvvələrinin Hind okeanındakı komandanlığı sanksiya altında olan "Davina" neft gəmisini saxlayıb.

"Sizinxeber.az" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə komandanlığın "X" sosial şəbəkəsindəki məlumatında bildirilib.

Məlumata görə, gəmi rəsmi olaraq heç bir dövlətin qeydiyyatında deyil.

ABŞ tərəfi bəyan edib ki, qanunsuz şəbəkələrin fəaliyyətinin qarşısını almaq və İrana maddi dəstək göstərən gəmiləri ələ keçirmək üçün dəniz patrulunu davam etdirəcək.

"Beynəlxalq su yolları sanksiya altında olan subyektlərin fəaliyyətini ört-basdır etmək üçün istifadə edilə bilməz", - qurumdan vurğulanıb.

"Lenor" adı ilə də tanınan "Davina" supertankeri iki milyon barelə qədər xam neft daşımaq imkanına malikdir. Gəmilərin izlənməsi sistemlərinin məlumatlarına görə, 2024-cü ilin oktyabrında o, İran neftinin daşınması üçün istifadə edilib.

Oxşar xəbərlər

ABŞ İran nefti daşıyan tankeri ələ keçirib
ABŞ hərbçiləri İran limanlarından çıxan 23 ticarət gəmisini saxlayıb
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
İran neft tankerini saxlayıb
ABŞ İran nefti daşıyan tankeri ələ keçirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər