ABŞ Dövlət Departamenti Livana növbəti humanitar yardımın göndərilməsini təsdiqləyib
sizinxeber.az xəbər saytı

ABŞ Dövlət Departamenti Livana növbəti humanitar yardımın göndərilməsini təsdiqləyib


ABŞ Dövlət Departamenti Livana yeni humanitar proqramlar üçün 58,8 milyon dollar ayırıb.

"Sizinxeber.az"un xəbərinə görə, bu barədə "NBC News" ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.

Məmurun sözlərinə görə, ABŞ Dövlət Departamenti Vaşinqtonda Livan və İsrail səfirləri arasında keçirilən və Amerikanın dövlət katibi Marko Rubionun da qatıldığı görüşdə məcburi köçkün livanlılara həyati əhəmiyyətli yardım göstərmək üçün yeni humanitar proqramlar üçün 58,8 milyon dollar ayırıb.

Maliyyələşdirmə münaqişədə ən çox zərər çəkən əhaliyə ərzaq, su, sığınacaq və təcili yardım göstərmək üçün istifadə olunacaq.

Livanın hakimiyyət orqanlarının məlumatına görə, İsrail və "Hizbullah" arasında döyüşlər səbəbindən 1 milyondan çox Livan vətəndaşı evlərini tərk etmək məcburiyyətində qalıb.

Oxşar xəbərlər

Paris konfransı Livana humanitar və hərbi yardım üçün 1 milyard dollar toplayıb
"Reuters": ABŞ İsrail və Livan arasında atəşkəslə bağlı görüş planlaşdırır
CNN: Rubio Vaşinqtonda İsrail-Livan danışıqlarına qatılacaq
Aİ Ukraynaya daha 148 milyon avro humanitar yardım ayırıb
ABŞ Ukraynaya əlavə 700 milyon dollardan çox vəsait ayırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər