Almaniyada ehtiyat hissələrinin çatışmazlığı səbəbindən müdafiə qabiliyyətinə təhlükə yaranıb
sizinxeber.az xəbər saytı

Almaniyada ehtiyat hissələrinin çatışmazlığı səbəbindən müdafiə qabiliyyətinə təhlükə yaranıb


Almaniyada hərbi texnika üçün ehtiyat hissələrinin kəskin çatışmazlığı və Müdafiə Nazirliyində planlaşdırma problemləri ölkənin müdafiə qabiliyyətini təhdid edir.

"Sizinxeber.az"un xəbərinə görə, bu barədə "Süddeutsche Zeitung", WDR və NDR qəzetləri hərbi texnikaya xidmət göstərən "Heeresinstandsetzungslogistik GmbH" (HIL) şirkətinin hesabatına istinadən məlumat veriblər.

Nəşrlərin məlumatına görə, "Marder" piyadaların döyüş maşınları (PDM) və "Panzerhaubitze 2000" özüyeriyən haubitsaları üçün komponent çatışmazlığı xüsusilə kəskindir və bu da təmirdə gecikmələrə, döyüş hazırlığının azalmasına səbəb olur.

Hesabatda həmçinin infrastrukturun modernləşdirilməsinin planlaşdırılması, kadr çatışmazlığı, İT alətlərinin çatışmazlığı, davamlı təchizat zəncirlərinin və sənaye tərəfdaşları ilə uzunmüddətli müqavilələrin olmaması ilə bağlı problemlər qeyd olunur.

Bildirilir ki, intensiv təlimlərdən sonra müəyyən növ texnikanın döyüş hazırlığı 30 %-ə qədər azala bilər, şirkətin isə əlçatanlıq səviyyəsi 70 %-dən az olmamalıdır.

HIL-in məlumatına görə, may ayında "Panzerhaubitze 2000" özüyeriyən haubitsalarının yarısından azı işlək vəziyyətdə idi və xeyli sayda "Marder" piyadaların döyüş maşını və "Boxer" zirehli transportyoru texniki xidmətdən keçib.

Oxşar xəbərlər

BMT Nigeriyada qida çatışmazlığı ilə mübarizəyə 6 milyon dollar ayırıb
İlqar Musayev: "İnformasiya və kiber təhlükəsizliklə bağlı kadr çatışmazlığı var"
İraqda kəskin su çatışmazlığı yaranıb
Latviya yığması maliyyə çatışmazlığı səbəbindən noyabrda oyun keçirməyəcək
ÜST rəhbəri Qəzzada qida çatışmazlığı səbəbindən ölüm hallarının kəskin artdığını təsdiqləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər