Azərbaycan BMT-də Gürcüstanla bağlı qətnaməni növbəti dəfə dəstəkləyib
BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Gürcüstan və 67 ölkənin həmmüəllifi olduğu qətnamə qəbul edilib.
Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, “Gürcüstanın Abxaziya və Tsxinval bölgəsi/Cənubi Osetiyadan olan məcburi köçkün və qaçqınların statusu barədə” sənəddə bütün qaçqın və məcburi köçkünlərin Gürcüstanın işğal altında olan ərazilərinə qayıtması hüququ növbəti dəfə təsdiqlənib.
Qətnaməni rekord sayda - 107 ölkə dəstəkləyib, 8-i əleyhinə səs verib, 55-i isə səsvermədən imtina edib.
Gürcüstanla bağlı sənədin lehinə səs verən ölkələr arasında Azərbaycan da yer alıb.
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili "X" hesabında qətnaməni dəstəkləyən ölkələrə təşəkkürünü bildirib.
Qeyd edək ki, BMT Baş Aassambleyasında Gürcüstanla bağlı analoji qətnamə 2008-ci ildən etibarən qəbul edilir. Azərbaycan həmin ildən davamlı şəkildə sənədin lehinə səs verir.
Oxşar xəbərlər
Avropa Parlamenti Gürcüstan əleyhinə qətnamə qəbul edib - YENİLƏNİB
Avropa Parlamenti Zurabişvilini Gürcüstan prezidenti kimi tanıyan qətnamə qəbul edib
Azərbaycan və Gürcüstan liderlərinin müzakirə edəcəyi məsələlər açıqlanıb
XİN başçısı: Gürcüstan Aİ ilə danışıqlara hazırdır
“Gürcü Arzusu” partiyası Avropa Parlamentinin qəbul etdiyi qətnaməni Gürcüstanın daxili işlərinə kobud müdaxilə adlandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
Bakıda "Azerbaijan Jewelry Show" sərgisi keçirilir
-
Bu gün geomaqnit qasırğası olacaq
-
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib
-
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlığı başa vurub
