Monteneqro və Fransa 100 milyon avro dəyərində saziş imzalayıb
Monteneqro və Fransa arasında 100 milyon avro dəyərində saziş imzalanıb.
"Report"un Balkan bürosu xəbər verir ki, saziş iyunun 5-də Tivatda baş tutacaq Avropa İttifaqı - Qərbi Balkan ölkələri sammiti səbəbilə Monteneqroda səfərdə olan Fransa Prezidenti Emmanuel Makron və Monteneqro Baş naziri Miloyko Spayiçin iştirakı ilə imzalanıb.
Monteneqronun maliyyə naziri Novitsa Vukoviç və Fransanın İnkişaf Agentliyinin icraçı direktor müavini Bertrand Valkenayerin imzaladığı sazişin dəyəri 100 milyon avrodur.
N. Vukoviç bildirib ki, Fransanın Monteneqroya olan etimadı həyata keçirilən islahatların nəticə verdiyinin təsdiqidir.
"Fransanın İnkişaf Agentliyi ilə imzalanan saziş daha keyfiyyətli ətraf mühitə, enerji keçidinə və ölkəmizin dayanıqlı Avropa gələcəyinə yönəlmiş bir investisiyadır", - o vurğulayıb.
Oxşar xəbərlər
Monteneqroda Aİ-Qərbi Balkan Sammiti ərəfəsində mədəni proqramlar təşkil olunub
Fon der Lyayen: Aİ-Qərbi Balkan sammiti Avropa tarixinin növbəti səhifəsinə həsr olunub
Makron: Fransa ABŞ-dən olan alimlərin qəbulu üçün 100 milyon avro ayıracaq
Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır
Fransa Afrika ölkələri üçün 14 milyard avro ayıracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
Bakıda "Azerbaijan Jewelry Show" sərgisi keçirilir
-
Bu gün geomaqnit qasırğası olacaq
-
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib
-
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlığı başa vurub
