Mayamidə qayıqda baş verən partlayışda azı 11 nəfər yaralanıb
sizinxeber.az xəbər saytı

Mayamidə qayıqda baş verən partlayışda azı 11 nəfər yaralanıb


Mayami çimərliyində qayıqla bağlı hadisə nəticəsində ən azı 11 nəfər xəsarət alıb.

"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, hadisə turistlər və qayıqçılar üçün məşhur bir yer olan Haulover Sandbar yaxınlığında baş verib.

Mayami-Dade Yanğından Mühafizə Xidmətinin məlumatına görə, qayıqda mümkün partlayış barədə zəng 9 may yerli vaxtla saat 12:48-də daxil olub. Xilasetmə qrupları, Florida Balıq və Vəhşi Təbiəti Mühafizə Komissiyasının və ABŞ Sahil Mühafizəsinin əməkdaşları ilə birlikdə hadisə yerinə göndərilib.

Yaralanan 11 nəfərin hamısı yerli xəstəxanalara aparılıb.

Hadisənin rəsmi səbəbi hələ müəyyən edilməyib. Gəmidə olan şəxslərdən biri "Miami Herald" qəzetinə verdiyi açıqlamada hadisəyə qaz sızmasının səbəb ola biləcəyini irəli sürüb.

Oxşar xəbərlər

Almaniyada partlayış nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb
Sumqayıtdakı partlayışda beş nəfər xəsarət alıb, üçünün vəziyyəti ağırdır - YENİLƏNİB
Liverpulda avtomobilin izdihamı vurması nəticəsində azı 27 nəfər xəsarət alıb - YENİLƏNİB
Gəncədə baş verən partlayışda ölən və yaralananların kimliyi məlum olub - FOTO - YENİLƏNİB-2
Sumqayıtda Novruz tonqalı yandırılan zaman partlayış baş verib, 10 nəfər xəsarət alıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər