Litva parlamenti birinci oxunuşda Hörmüz boğazına 40-dək hərbçinin göndərilməsini dəstəkləyib
sizinxeber.az xəbər saytı

Litva parlamenti birinci oxunuşda Hörmüz boğazına 40-dək hərbçinin göndərilməsini dəstəkləyib


Litva Seymi (parlament) birinci oxunuşda minalardan təmizləmə əməliyyatları da daxil olmaqla, Hörmüz boğazına təhlükəsizliyi təmin etmək üzrə beynəlxalq missiyalarda iştirak etmək üçün 40-a qədər hərbi qulluqçu və mütəxəssisin göndərilməsi təklifini dəstəkləyib.

"Report" xəbər verir ki, bu barədə Litva mediası məlumat yayıb.

Təşəbbüsün lehinə 78 deputat səs verib, 7 nəfər əleyhinə çıxıb, 3 nəfər isə bitərəf qalıb.

Təklif ötən ilin sonunda təsdiq edilmiş mandatın genişləndirilməsini nəzərdə tutur, bu da Litvaya strateji əhəmiyyətli regionda beynəlxalq əməliyyatlarda daha fəal iştirak etməyə imkan verəcək. Bundan əvvəl təşəbbüs ölkənin Müdafiə Şurası tərəfindən bəyənilib.

Litvanın müdafiə naziri Robertas Kaunas bildirib ki, Litva hərbçiləri həm Böyük Britaniya, Fransanın rəhbərliyi altında Hörmüz boğazında gəmiçilik azadlığını təmin etmək üzrə çoxmillətli missiyaya, həm də ABŞ-nin rəhbərliyi altında dəniz təhlükəsizliyinin və regional qarşılıqlı fəaliyyətin gücləndirilməsinə yönəlmiş ayrıca əməliyyata qoşula biləcəklər.

Onun sözlərinə görə, Litva kontingenti minalardan təmizləmə, kəşfiyyat və obyektlərin mühafizəsi daxil olmaqla, yalnız müdafiə xarakterli tapşırıqları yerinə yetirəcək. Hücum əməliyyatlarında iştirak nəzərdə tutulmur.

Nazir həmçinin qeyd edib ki, Litva mütəxəssisləri təkcə Hörmüz boğazına deyil, həm də Fars və Oman körfəzlərinə göndərilə bilərlər.

Oxşar xəbərlər

Avstraliya Hörmüz boğazında gəmiçiliyin qorunması missiyasına qoşulacaq
Yaponiya Hörmüz boğazında beynəlxalq missiya ilə bağlı danışıqlara qoşulacaq
Britaniya Hörmüz boğazına qırıcı təyyarələr və hərbi gəmi göndərəcək
Litva ABŞ Ordusu kontingentinin artırılmasını mümkün hesab edir
Litva Ukraynaya 4 500 PUA göndərəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər