Britaniya Hörmüz boğazına qırıcı təyyarələr və hərbi gəmi göndərəcək
sizinxeber.az xəbər saytı

Britaniya Hörmüz boğazına qırıcı təyyarələr və hərbi gəmi göndərəcək


Böyük Britaniya Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi üzrə müdafiə missiyasında iştirak üçün pilotsuz uçuş aparatları (PUA), qırıcı təyyarələr və hərbi gəmi göndərəcək.

"Report" "Reuters"a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın müdafiə naziri Con Hili missiyada iştirak edən digər ölkələrdən 40-dan çox həmkarının qatıldığı onlayn sammit zamanı bildirib.

"Böyük Britaniya Hörmüz boğazında şərait imkan verən kimi başladılacaq beynəlxalq hərbi missiya çərçivəsində pilotsuz mina axtarışı vasitələri, minatəmizləyən gəmi, yüksəksürətli katerləri, "Eurofighter Typhoon" qırıcılarını və "HMS Dragon" esminesini təqdim edəcək. Bu missiya müdafiə xarakterli, müstəqil və etibarlı olacaq", - bəyanatda deyilir.

Regionda mövcud müdafiə əməliyyatları çərçivəsində artıq 1000-dən çox Britaniya hərbi qulluqçusu, o cümlədən PUA ilə mübarizə qrupları və qırıcı eskadrilyaları yerləşir.

Qeyd olunub ki, Böyük Britaniyanın töhfəsi minatəmizləyən gəmi və dronlara qarşı mübarizə sistemləri üçün 155,53 milyon dollar məbləğində yeni maliyyələşdirmə hesabına təmin ediləcək.

"Beləliklə, London regional gərginliyin kəskinləşdiyi şəraitdə kommersiya gəmiçilik şirkətlərini naviqasiya azadlığına sadiqliyinə inandırmağa çalışır", - agentlik qeyd edib.

Oxşar xəbərlər

Türkiyə və Britaniya müdafiə nazirləri "Eurofighter Typhoon" qırıcılarının tədarükünü müzakirə edəcək
Yaponiya Hörmüz boğazında beynəlxalq missiya ilə bağlı danışıqlara qoşulacaq
KİV: Böyük Britaniya ABŞ-nin Hörmüz boğazındakı missiyasına qoşulmayacaq
Almaniya və Britaniya Hörmüz boğazında gəmilərin mühafizəsi missiyasında iştirak etməyəcək
Böyük Britaniya Ukraynaya 120 min pilotsuz uçuş aparatı verəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər