Livan "Hizbullah"ın tərksilah olunması üçün şərtlərini açıqlayıb
"Hizbullah" hərəkatı silahlarını, o cümlədən ağır silahlarını ölkə ordusuna təhvil verməyə hazırdır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbə bildirir ki, bunun üçün İsrail Livan ərazisini tərk etməlidir: "Livan prezidenti Cozef Aunun İsrail qoşunlarının ölkələr arasında beynəlxalq səviyyədə tanınmış sərhədlərə qaytarılması müqabilində tərəfdarlarını tədricən tərksilah etmək və Litani çayının şimalından geri çəkmək təklifi ilə razılaşıb. Hərəkat həmçinin İsraildən təcavüz etməmək üçün güclü təminat istəyib".
Xatırladaq ki, iyulun 1-də “Livan 24” xəbər portalı ölkə rəhbərliyinin ABŞ-nin İsraillə münaqişənin həlli üçün təklif etdiyi planı təsdiqlədiyini və bu planda İsrail qoşunlarının bu ilin noyabrına qədər ölkənin cənubundan çıxarılması müqabilində “Hizbullah”ın tərksilah edilməsini nəzərdə tutduğunu bildirib.
Livan və İsrail arasında vasitəçi olan ABŞ-nin Türkiyədəki səfiri Tom Barak iyulun 7-dən 10-dək diplomatik missiya ilə Beyruta gələcək. O, respublika prezidenti, baş nazir və parlament sədri ilə görüşəcək.
Oxşar xəbərlər
Livan Prezidenti İsrail qoşunlarının ölkədən tam çıxarılmasını tələb edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Müxalifət “Hizbullah”dan silahlarını Livan ordusuna təhvil verməsini tələb edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Livan və “Hizbullah” ABŞ-nin İsraillə atəşkəs təklifi ilə razılaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qətər Livan ordusuna 162 vahid hərbi texnika verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Makron İsraili qoşunlarını Livandan çıxarmağa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












