Oğuzda təbiətə 5 000 manatlıq ziyan vuran şəxs saxlanılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
may
2026
12:30
ff aaaaaaa

Oğuzda təbiətə 5 000 manatlıq ziyan vuran şəxs saxlanılıb

26 may, 2026
12:30
969

Oğuzda təbiətə 5 000 manatlıq ziyan vuran şəxs saxlanılıb

Oğuz rayonunda ağacları qanunsuz kəsərək təbiətə 5 000 manatlıq ziyan vuran şəxs saxlanılıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Oğuz rayonunun Sincan kəndi ərazisində 14 ədəd qızılağac və qovaq ağacının kəsilməsi, nəticədə təbiətə 5 000 manatdan artıq maddi ziyan vurulması ilə bağlı istintaq araşdırmaları aparılır.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 30 yaşlı kənd sakini Abdulhafiz Bəşirli saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul